Sizin Reklam Burada

Yeni əməkdaşlıq imkanları araşdırılacaq

Yeni əməkdaşlıq imkanları araşdırılacaqSon illər ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi xarici siyasətimizdə əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Yaxın münasibətlərin olduğu bu dövlətlər içərisində Bolqarıstanın xüsusi yeri var. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Bolqarıstan arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Rusiya və Ukrayna arasında davam edən müharibə Avropanın xarici siyasətində bir sıra köklü dəyişikliklərə gətirib çıxarmışdır. Nəzərə alsaq ki, Avropanın əsas enerji tədarükçüsü rolunu oynayan Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi Avropanın enerji təminatında bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxardı. Alternativ bazarlara yönələn Avropa dövlətləri üçün isə Azərbaycan etibarlı tərəfdaş rolunu oynaya bilər. Bütün bunların fonunda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun əhəmiyyətini dərindən anlayan Bolqarıstan və digər Avropa dövlətləri ölkəmizlə münasibətlərdə yeni mərhələyə keçmişdir.

Xüsusi olaraq qeyd etməliyik ki, son illər Azərbaycanla Bolqarıstan arasında mövcud münasibətlər yüksələn xətlə inkişaf edir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə Cənubi Qafqazın geosiyasətində əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı ənənəvi güc balansını dəyişdi. Ərazi bütövlüyünü bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni bir dövrün, sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Məhz şanlı qələbəmiz və dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar ölkəmizin hüdudlarından kənarda da diqqətlə izlənilir və beynəlxalq ictimaiyyət üçün də böyük əhəmiyyət kəsb edir.

Bolqarıstan ilə ölkəmiz arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər bu münasibətlərdə yeni səhifənin açılmasına gətirib çıxarmışdır. Sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş və 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təsbit olunmuş bütün məsələlərin həyatda öz əksini tapdığını diqqətə çatdırmışdır. Azərbaycan-Bolqarıstan əlaqələrinin bundan sonra daha da inkişaf etdiriləcəyini qeyd edən ölkə başçımız öz çıxışında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək planların əhəmiyyətindən də bəhs etmişdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Bolqarıstan üçün də bu gün çox vacib tərəfdaşdır. Əminliklə deyə bilərik ki, hazırda Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Bolqarıstanla yanaşı digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür.

Bundan əlavə Bolqarıstana səfəri zamanı cənab Prezident öz çıxışında Azərbaycanın geniş tranzit imkanlarına malik olmasına diqqət çəkərək bu imkanlardan Bolqarıstanın da yararlana biləcəyini bildirmişdir. Bir sözlə, Azərbaycan və Bolqarıstan arasında həm iqtisadiyyat, həm də sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Odur ki, ölkələrimiz bu və digər yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qərar verib. Hazırda mövcud geosiyasi durumda Azərbaycanın mövqeyi və dünya birliyində tutduğu yer bir daha ölkəmizin qüdrətinin bütün dünyaya nümayişi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yürütdüyü müdrik siyasətin məntiqi nəticəsidir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər