Sizin Reklam Burada

MEDİA rəhbəri çağırış etdi

MEDİA rəhbəri çağırış etdi“Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır”.

Avrasiya.net-in xəbərinə görə, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün strateji informasiya müharibəsində öz virtual sərhədlərini qorumaq Azərbaycan dövlətinin prioritetlərindən biridir. İnformasiya bilgilərinin artırılması, eyni zamanda, “Dövlət sirri haqqında” qanunun tələblərinə riayət olunması həm jurnalistlərin, həm də sosial şəbəkə istifadəçilərinin vəzifəsidir.

Ə.İsmayılov qeyd edib ki, informasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maariflənmə işlərinin aparılması vacibdir:

“Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır. Vikipediya, Google maps, Youtube, Facebook kimi beynəlxalq resurslarda ermənilərin yalan məlumatlarına adekvat olaraq müxtəlif dillərdə Azərbaycan həqiqətlərini əks etdirən informasiyalar yerləşdirilməlidir. Təcrübəli alimlərimiz, tədqiqatçılarımız, ümumilikdə bütün ziyalılarımız yalan məlumatların, dezinformasiyanın qarşısının alınmasında fəal iştirak etməlidirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər