Sizin Reklam Burada

Əsir və girovlarla bağlı faktoloji materiallar dovlət qurumlarına göndərilib

Əsir və girovlarla bağlı faktoloji materiallar dovlət qurumlarına göndərilib“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması” adlı layihəsinin ikinci mərhələsini yekunlaşdırıb.

İctimai Birlikdən verilən məlumata görə, layihə 4 mərhələdə həyata keçiriləcək. Layihəinin ikinci mərhələsində Bakı şəhəri və Abşeron inzibati ərazisində yaşayan və məskunlaşmış Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülüb, sonradan azad edilmiş şəxslər, həmçinin itkin düşmüş hesab olunanların ailə üzvləri ilə görüşlər keçirilib. Onlardan hesabatda öz əksini tapmaq üçün faktoloji materiallar toplanılıb. Müvafiq dövlət qurumlarına, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupuna, Hərbi Prokurorluğa, Xarici İşlər Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Ombudsman təsisatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məktubla müraciətlər olunub, onlarla əlaqələr yaradılıb.

Növbəti mərhələdə isə toplanmış materiallar üzrə hesabat hazırlanıb, ingilis dilinə tərcümə olunacaq və insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlara, eyni zamanda Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə göndəriləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər