Sizin Reklam Burada

Gənclər təşkliatı Masallı rayonunda tədbir keçirib

Gənclər təşkliatı Masallı rayonunda tədbir keçirib“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Autizm və Daun sindromlu uşaqlara icma əsaslı reabilitasiya (İƏR) xidmətinin göstərilməsi və valideynlərin maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb.

İlk tədbir 28 sentyabr 2022-ci il tarixində Masallı rayon Mərkəzi xəstəxanasında keçirilmişdir. Tədbirdə 50-yə dək sağlamlıq imkanları məhdud uşaq və onların valideynləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə təşkilatın icraçı direktoru Tələt Qəribov açaraq iştirakçıları salamladı və layihə haqqında məlumat verdi.
Ətraflı

Təlimçi Sadiq Həsənov layihənin məqsəd və vəzifələri haqqında geniş məlumat verdi. Sosial Xidmətlər Agentliyinin Lənkəran- Astara Regional filialının baş mütəxəsisi İntiqam Bağırov Dövlətimizin sağlamlıq imkanları məhdud uşaqlar üçün yaratdığı şəraitdən, onlardan neçə yararlanmaq barədə izahat verdi.

Yerli “Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbasova bu sahədə valideynlərin daha çox maariflənməyə ehtiyacı olduğunu diqqətə çatdırdı. Valideyn İsa Təbrizli qeyd etdi ki, onun iki uşağı xəstədir və bu tədbirdə iştirak edirlər. Amma o bu gün tədbirdə bilib ki, bu kimi uşaqlar üçün reabilitasiya peşə məktəbi fəaliyyət göstərir və orda sağlamlıq imkanları məhdud uşaqlar üçün bir neçə ixtisas üzrə sənət öyrədirlər.

Müəllimə Əsədullayeva Rəbiyyə qeyd etdi ki, onun oğlu daun sindromu daşıyıcısıdır və yaxşı olar ki, bu kimi uşaqlar üçün rayonda ixtisaslaşmış məktəb fəaliyyət göstərsin. Sonda valideynlərin sualları cavablandırıldı və təklifləri dinlənildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər