Hava limanında ölən şəxs şöbə rəisinin oğlu imiş...
Dərc olunub:
27-09-2022, 10:45
Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş hadisə nəticəsində ölən şəxs Akademiyada çalışan vəzifəli şəxsin oğlu olub.
Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, sentyabr ayının 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması nəticəsində İqor Vladimiroviç Prokofyev dünyasını dəyişib, Zaur Tofiq oğlu Nuriyev isə xəsarət alıb.
Dünyasını dəyişən İqor Prokofyev Milli Aviasiya Akademiyasının Mühasibat şöbəsinin rəisi Svetlana Aleksandrovna Prokofyevanın oğludur.