Həbsdə olan generalın şikayəti təmin olunmadı
Dərc olunub:
15-09-2022, 17:31
“Tərtər işi” ilə əlaqədar həbs olunan general-mayor Bəkir Orucovun apellyasiya şikayəti təmin olunmayıb.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.
Sentyabrın 2-də Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş həbs qərarı dəyişdirilmədən saxlanılıb. Məhkəmə qərarın dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlib.
Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub. O, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.