“Kontakt” şəhid ailələrinin kredit borclarını ləğv edir
“Kontakt” mağazalar şəbəkəsi erməni təxribatı nəticəsində ötən gün şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və şəhid qəhrəmanlarımızın və onların ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir.
Şirkət “Vətən müharibəsi” dövründə hazırladığı “Qarabağ Proqramı” na uyğun olaraq bu dəfə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin ailə üzvlərinin (valideylərinin, həyat yoldaşları və övladlarının) şirkətə olan kredit borclarını ləğv etməyi öhdəsinə götürür.
“Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Əksinə, bizim onlara vəfa borcumuz var. Bu borcu qismən də ödəmək üçün “Qarabağ Proqramı” çərçivəsində davamlı tədbirlər həyata keçiririk” deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, proqram çərçivəsində bu günə qədər şəhid və I qrup qazi ailələrinin ümumilikdə 267 563 manat məbləğində borcu şirkət tərəfindən silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir. “Qarabağ Proqramı” barədə daha ətraflı məlumatı buradan ala bilərsiniz.