“Buzovna bələdiyyəsi qazi və şəhid ailələrinə dəstəyini daim əsirgəmir”
Bu gün Vətən Müharibəsi qazisi Elnur Rüstəmov özünü yandırıb. İddiaya görə, qazi Xəzər rayonunun Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq bu addımı atıb. Modern.az hadisəyə aydınlıq gətirmək üçün həmin rayonun deputatı Rauf Əliyevlə əlaqə saxlamağa çalışıb. Lakin telefon zəngimizə deputatın köməkçisi Əfrasiyab Əmirov cavab verib. O bildirib ki, qazi Elnur Rüstəmov deputata hər hansı şikayətlə müraciət etməyib: “Qazi Elnur Rüstəmov 3-cü dərəcəli əlillik alıb. Elnur mənzil növbəsinə götürülüb. Onun qeydiyyatı Mərdəkan qəsəbəsindədir. Amma hazırda Buzovnada yaşayır. Gəlib deyib ki, məni niyə incidirsiniz, ancaq probleminin nə olduğunu söyləməyib. Yerli bələdiyyə tərəfindən həmişə ona kömək göstərilib. Bildirilib ki, prezidentin tapşırığına uyğun olaraq ilin sonunadək mənzillə təmin olunacaq”. (https://modern.az/aktual/367762/zunu-yandiran-qazi-ev-nvbesindeymis/)
Məsələyə aydınlıq gətirən Xəzər rayonu Buzovna bələdiyyəsinin hüquqşünası Vüsal Poladovun Belediyye.infoya açıqlamasında bildirib ki, hadisənin bələdiyyənin də fəaliyyət göstərdiyi binada baş verməsi ürəkaçan hadisə deyil. Və onun hər hansı formada bələdiyyədəki özbaşınalıqla bağlanması düzgün deyil, həqiqiəti əks etdirmir Əslində onun özünü yandırması biz bələdiyyə qulluqçuları üçün də aydın deyil. Əslində qazi bizim bələdiyyə sədrinin və qulluqçuların fəaliyyəti sayəsində ölümdən xilas edilib. Təcili yardım maşını çağrılaraq xəstəxanaya yerləşdirilib.
Əlavə edək ki, bizim bələdiyyə daim qazi və şəhid ailələrini diqqət mərkəzində saxlayır. Hətta bir nəfər qazi bələdiyyəyə işə götürülüb. Davamlı olaraq onlarla görüşlər keçirilir, problemləri dinlənilir, bələdiyyədən asılı olan məsələlər dərhal öz həllini tapır. Bələdiyyədən asılı olmayanların müraciəti isə müvafiq orqanlara yönləndirlır.
Qazı Elnur Rüstəmova gəldikdə isə Mərdəkan qəsəbəsində qeydiyyatda olsa da Buzovna qəsəbəsində yaşayır və dəfələrlə etdiyi müraciətə bələdiyyədən dəstək verilib. Daim maliyyə dəstəyi də göstərilib. Ancaq bugün baş vermiş hadisə bələdiyyə üçündə anlaşılan deyil. Hazırda Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Çalışdığımız qədər qazi Elnur Rüstəmov sağalması üçün biz də bələdiyyə olaraq maliyyə imkanı daxilində dəstəyimizi göstərəcəyik.