Əvəz Zeynallı saxlanıldı - Təcili
Dərc olunub:
10-09-2022, 16:11
Tanınmış jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı İlkin Rüstəmzadə sosial şəbəkə hesabında paylaşıb.
Hazırda Əvəz Zeynallının ofisində axtarışlar getdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl yerli mediada Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi barədə məlumat yayılmışdı.