Mirmahmud Mirəlioğlu səhhətilə bağlı təcili Türkiyəyə getdi
Dərc olunub:
9-09-2022, 17:49
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.
Avrasiya.net xəbər verir ki, bu barədə APA-ya siyasətçinin yaxını məlumat verib.
Bildirilib ki, bir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət çəkən M. Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə gedib.
O, Türkiyəyə ailə üzvləri ilə birlikdə yollanıb.
KXCP sədrinin səhhətində problemlərin ciddi olduğu bildirilir.