“Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda layihəyə start verilib
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda növbəti layihəsinin icrasına start verib.
Üç ay davam edəcək layihənin əsas məqsədi ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına nail olmaq və sosial şəbəkələrin imkanlarından istifadə edərək ətraf mühitin qorunmasına dair əhali arasında maarifləndirmə işləri aparmaqdır.
Layihə çərçivəsində Lənkəran, Gədəbəy, Tovuz rayon bələdiyyələrinin və müvafiq mərkəzi orqanlarının regional idarələrinin təmsilçilərinin iştirakıyla görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə ətraf mühitin qorunması istiqamətində görüləcək işlər müzakirə olunacaq və bələdiyyələrin bu istiqamətdə öz iş planlarının hazırlanmasında yardım ediləcək. Eyni zamanda ətraf mühitin qorunmasına dair maarifləndirici videoçarx hazırlanacaqdır.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi bununla ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına və həm də ətraf mühitin qorunmasına dair maarifləndirici videoçarx hazırlayaraq sosial şəbəkələrdə və youtube.com kanalında yerləşdirməklə əhalinin maarifləndirilməsinə öz müsbət töhfəsini verəcəkdir.