YAP rayon təşkilatının sədri yüksək bal toplayan tələbələrlə görüşüb
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının İnzibati binasında Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının Sədri Mehdi Balabəyov 2021-2022 - ci il tədris ilində Ali məktəblərə qəbul imtahanında yüksək bal topladıqlarına görə tələbələr ilə görüş keçirərək onları təbrik edib, xoş arzularını çatdırıb.
Ölkəmizdə təhsilin inkişafında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasət, neft kapitalını insan kapitalına çevirmək, eyni zamanda, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına nail olmaq kimi mühüm məqsədə xidmət etdiyini vurğulayıb. Həmçinin, bildirilib ki, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində gördüyü işlər, təhsil sisteminin yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər Şabran rayonunda də ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərir.
Sonda YAP sədri Mehdi Balabəyov tərəfindən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilib.