QHT layihənin icrasına başlayıb
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximixin regionlarda təbliği” layihəsi 1 sentyabr tarixindən fəaliyyətə başlayıb. Qeyd edək ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”- nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Balakən, Zaqatala, Qax, və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunması nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi bundan öncə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsi həyata keçirilmiş, layihə çərçivəsində Azərbaycanın 11 şəhər və rayonlarda 20 şəhid və 10 qazinin həyat yolu işıqlandırılmış, ictimaiyyətə təqdim olunmuşdur.
Layihə çərçivəsində əldə olunacaq bütün nəticələr sosial media hesabları üzərindən ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Bunun üçün layihənin icra qrupu kütləvi informasiya vasitələri ilə geniş əməkdaşlıq əlaqələrinin qurulmasında və bu əsasda intensiv məlumat mübadiləsinin aparılmasında maraqlı olduğunu əminliklə ifadə edir.