"Yurd” şimal zonasında yeni layihənini icrasına başlayıb
“Yurd” Gənlərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə yeniyetmə və gənclər arasında Vətən müharibəsinin təbliği məqsədilə “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihənin icrasına başlamışdır.
Təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında yeniyetmə və gənclərin iştirakı ilə Vətən müharibəsinin təbliği mqəsədilə intellektual oyunlar keçiriləcək, qeyd olunan rayonlardan olan 185 nəfər Vətən müharibəsi şəhidi haqqında məlumatların əks olunduğu kitab nəşr olunacaqdır.
Sentyabrın 1-dən noyabr ayının 1-dək davam edəcək layihəyə 300 nəfər yeniyetmə və gəncin cəlb edilməsi planlaşdırılmışdır.