Sizin Reklam Burada

Ermənistanı hüquqi məsuliyyətə cəlb edəcək layihəyə start verildi

Ermənistanı hüquqi məsuliyyətə cəlb edəcək layihəyə start verildi“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması” adlı layihəsinin icrasına başlayıb.

Təşkilatdan Avrasiya.net-ə verilən məlumata görə, layihənin həyata keçirilməsi Birinci Qarabağ müharibəsi zamanı Roma Statutunun tanıdığı ciddi cinayətlərin qurbanları olan - əsirlikdə qeyri-insani rəftara məruz qalmış, bəziləri dəhşətli işgəncələrlə qətlə yetirilmiş, bəziləri sağlamlığını itirib əlil qayıtmış hərbçilərin, xüsusilə də işğal olunmuş ərazilərin dinc sakinləri olan qadın və uşaqların pozulmuş hüquqlarının tədqiq edilməsi və əldə olunmuş nəticələrin beynəlxalq təşkilatlara təqdim edilməsi zərurətindən irəli gəlib.
Layihənin məqsədi Birinci Qarabağ müharibəsi zamanı erməni əsir və girovluğunda “müharibə hüququ” adlanan beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş Azərbaycan Respublikası vətəndaşlarının əsarətdə üzləşdikləri işgəncə və qeyri-insani rəftar hallarına dair faktların toplanması, eyni zamanda hədəf kontingentləri olan itkin düşmüş şəxslər haqda məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsindən ibarətdir.

Layihə çərçivəsində əsir-girovluqdan azad edilmiş şəxslərin məruz qaldıqları beynəlxalq cinayətlərin aşkar olunması və izlərinin maddiləşdirilməsi istiqamətində toplanacaq materiallar əsasında hazırlanacaq hesabat ingilis dilinə tərcümə olunub, müvafiq beynəlxalq təşkilatlara göndəriləcək. Layihə 3 ay müddətində Bakı şəhəri və Abşeron inzibati ərazisində icra olunacaq.

Bu layihənin nəticəsi olaraq Azərbaycan həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırılacaq. Münaqişənin yarandığı gündən ikili standartlardan mövqe nümayiş etdirən, illərdən bəri ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə susqunluq göstərən beynəlxalq təşkilatlar və sözdə demokratik dəyərlərə malik olan, özlərini sülh carçısı kimi göstərən, əslində isə erməniləri qorumağa çalışan bəzi ölkələr erməni vəhşilikləri ilə dəlil-sübutlarla əyani şəkildə tanış olacaqlar. Beləliklə, Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün şahid ifadələrinə əsasən materiallar hazırlanacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər