Sizin Reklam Burada

Deputatın kürəkəni RİH-i məhkəməyə verdi

Deputatın kürəkəni RİH-i məhkəməyə verdi"Kapitol” Mənzil Tikinti Kooperativi (MTK) Xətai Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, iş Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Detallar barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Qeyd edək ki, "Kapitol” MTK 12 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Abbas Tofiq oğlu Səfərovdur.

Abbas Səfərov "Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyevin kürəkənidir.

Bəzi iddialara görə, "Kapitol” MTK əslində Eldar Quliyevin şirkətidir.

Abbas Səfərovun adına başqa şirkətlər də var. Bunlar aşağıdakılardır:

Epotos-Bakı MMC

Higt Contrakt MMC

Monalit-Akfa MMC

Eleqant-M MMC

Art-Puzzle MMC

Planet Tur MMC

"Superservis”.

Sonuncu şirkət Ukraynanın Odessa şəhərində qeydiyyatdan keçib.

Xatırladaq ki, Abbas Səfərovun adı ilk dəfə Zəngilandan olan məcburi köçkün Zərqələm Sadıqovanın evini yerlə-yeksan etməklə gündəmə gəlib. Bu məsələ ilə bağlı mediada tirajlanan materiallarda qeyd edilir ki, qanunsuz olaraq Zərqələm Sadıqovanın evini uçuran Abbas Səfərov məcburi köçkün tərəfindən məhkəməyə verilib. O isə məsuliyyətdən yayınmaq üçün şirkəti anası Məhluqə Qibləliyevanın adına keçirib. Bu qalmaqalın hansı sonluqla başa çatması barədə hər hansı məlumat yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər