Şirvanda bir nəfər özünü Kürə atıb
Dərc olunub:
3-09-2022, 11:42
Şirvanda bir nəfər Kürdə batıb.
Avrasiya.net xəbər verir ki, hadisə Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Belə ki, həmin ərazidə bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Daha sonra əraziyə FHN-in xilasetmə dalğıcları cəlb olunub.
Hazırda Kür çayında axtarışlar davam edir.
Onun intihar məqsədilə özünü çaya atdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.