Sizin Reklam Burada

BƏƏ səfirliyi Qadınlar Günü ilə bağlı onlayn görüş keçirib

BƏƏ səfirliyi Qadınlar Günü  ilə bağlı onlayn görüş keçiribAvqustun 30-da Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində qadın hüquqlarının genişləndirilməsi mövzusunda onlayn görüş təşkil edib.

Səfir Mohammed AlBlooshi qonaqları salamlayaraq qeyd etdi ki, BƏƏ Qadınlar Günü avqustun 28-də Millətin Anası Şeyxə Fatimə bint Mübarək tərəfindən 1975-ci ildə Ümumi Qadınlar Birliyinin yarandığı gündə hər il qeyd edilir.

“BƏƏ Konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və BƏƏ-dəki qadınlar kişilərlə eyni hüquqi statusa sahibdirlər,” -deyən səfir, bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən hazırlanmış 2019-cu il İnsan İnkişafı Hesabatına əsasən, BƏƏ qadınların hüquqlarının genişləndirilməsi üzrə 189 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Səfir, həmçinin qeyd etdi ki, “2015-ci ildə BƏƏ-də qadınlar üçün dövlət sektorunda gender balansını artırmaq üçün federal qurum olan BƏƏ Gender Balansı Şurası yaradılmışdır”.

Cənab AlBlooshi vurğuladı ki, BƏƏ nazirlər kabinetində səkkiz qadın nazir fəaliyyət göstərir və BƏƏ-nin diplomatik korpusunun 20 %-ni qadınlar təşkil edir.

2018-ci il prezident fərmanına əsasən Federal Milli Şuranın seçilmiş üzvlərinin 50% -i qadın olmalıdır.

Səfir daha sonra BƏƏ-in müxtəlif sənayə sahlərində qadınların iştirakı və rolu, eləcə də BƏƏ-in xarici yardım strategiyasında qadınların hüquqlarının genişləndirilməsi və qorunması barədə də ətraflı məlumat verdi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafik inkişaf şöbəsinin müdir müavini Rəna Abdullayeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva çıxış ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər