Sizin Reklam Burada

Ali məktəblərə imtahanlarda yüksək bal toplayan zəngilanlı abituriyentlərlə görüş keçirilib

Ali məktəblərə imtahanlarda yüksək bal toplayan zəngilanlı abituriyentlərlə görüş keçirilib29 avqust 2022-ci ildə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin(AOPE) təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanlarda yüksək bal toplamış zəngilanlı abituriyentlərlə görüş keçirilmişdir.

AOPE-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Quliyevin Avrasiya.net-ə verdiyi məlumata görə görüşdə AOPE-nin İdarə Heyətinin sədri, YAP Zəngilan rayonu üzrə ərazi partiya təşkilatının sədri Emin Əliyev, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Zəngilan rayon təhsil sektorunun müdiri Kənan İmaməliyev, abituriyentlərin valideynləri, QHT rəhbərləri, fəal gənclər və media nümayəndələri iştirak etmişdir.

Görüşü Emin Əliyev açaraq gəncləri yüksək nəticə əldə etmələri ilə bağlı təbrik etmiş, onlara uğurlar arzulamışdır. Çıxış zamanı onların tələbəlik illərində yüksək ixtisaslı kadr kimi yetişmələri və ölkəmizin, o cümlədən Zəngilanın inkişafında töhfə vermələri üçün əzmlə çalışmalı olduqlarını bildirmişdir. Bu yolda dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirmişdir. Emin Əliyev çıxışının sonunda yüksək savada sahib övlad yetişdirdikləri üçün abituriyentlərin valideynlərinə təşəkkür etmişdir.
Daha sonra Zəngilan rayon icra hakimiyyətinin başçısının müavini Nizami Mönsümov çıxış edərək gəncləri və valideynləri təbrik etdi. Dövlətin yüksək ixtisaslı kadrlara hər zaman ehtiyacının olduğunu bildirərək gənclərə həyatlarında peşə uğurları arzuladı. Sonra gənclər, onların valideynləri çıxış edərək bu görüşə görə təşkilatçılara təşəkkür etdilər. Daha sonra Təhsil sektorunun müdiri Kənan İmaməliyev, Qeyd İctimai Birliyinin sədri Tural Nurməmmədov və digər qonaqlar çıxış edərək uğur qazanan abituriyentlərə uğurlar arzuladıar.

Sonda Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi (AOPE) tərəfindən uğur qazanan şagirdlərə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkildi.

Qeyd edək ki, abituriyentlərdən Cabbarlı Könül Asif qızı 640 bal, Əliyeva Mədinə Kənan qızı 634 bal, Ağayev Nahid Valeh oğlu 601 bal, Əlizadə İsmayıl Ceyhun 668.9 bal toplayıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər