“Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» adlı layihəyə start verilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» adlı layihəyə start verib.
ADİİM-in Mətbuat Xidmətindən verilən məlumata görə, layihənin əsas məqsəd milli-mənəvi dəyərlərimizi internet vasitəsilə həm yerli əhaliyə, xüsusən yeniyetmələrimizə, gənclərimizə, həm də xarici ölkələrdə yaşayan, təhsil alan, işləyən soydaşlarımıza təlqin etməkdir. Layihə çərçivəsində mövzu ilə bağlı 8 maarifləndirici məqalə hazırlanacaq və hər bir məqalə 10 yerli saytda (80 məqalə) ictimailəşdiriləcək, eyni zamanda digər sosial şəbəkələrdə paylaşılacaq.
Layihə 01.09.2022-01.11.2022-ci il tarixlərini əhatə edəcək.