Sizin Reklam Burada

Amaşov istefası ilə bağlı yayılan xəbərdən danışdı

Amaşov istefası ilə bağlı yayılan xəbərdən danışdıMən təşkilatdan, Mətbuat Şurasından, sədrlikdən getməmişəm. Bu, səhv yayılmış məlumatdır və həqiqətləri özündə əks etdirmir.

Avrasiya.net xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov MŞ sədrliyindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əflatun Amaşovun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum qurultaya hazırlaşır:

“Vəziyyət belədir ki, Azərbaycan jurnalistlərinin qurultayının vaxtından bir neçə ay keçib. Qurultay gözlənilir. Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdə keçirilən iclasında qurultayın vaxtını müəyyənləşdirəcəyik. Hər şey qurultayda müəyyən olunacaq. Qurultayda namizədliyimi verib-verməyəcəyimi də dəqiqləşdirməmişəm. Hələ vaxta çox var. Hadisələri qabaqlamaq istəmirəm. Əflatun Amaşovun qalacağı, gedəcəyini hələ bilmək olmaz. Bunların hamısı qurultayda həll olunan məsələlərdir. İndi əsas məsələ qurultayı təşkil etməkdir. Hər şey jurnalistlərin səlahiyyətindədir. Hər şeyi onlar müəyyənləşdirirlər. Sədrlik də heç kimə tapşırılmayıb, hazırda sədr mənəm. İndi də sədr kreslosunda oturub sizinlə danışıram. Görünür, bu cür yanlış məlumatın yayılması kiminsə marağındadır”.

Rəşad Məcid isə mətbuata verdiyi açıqlamada bildirib ki, onun Əflatun Amaşovun MŞ sədrliyindən istefa verməsi ilə bağlı məlumatsızdır.

Qeyd edək ki, Unikal.org saytında Əflatun Amaşovun istefası ilə bağlı xəbər yayılıb. Xəbərdə bildirilib ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər