Sizin Reklam Burada

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin növbədənkənar iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin növbədənkənar iclası keçirilibBu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Bu barədə Avrasiya.net-ə Agentlikdən məlumat verilib.

Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda bəzi QHT-lərin müraciəti əsasında Agentliyin “Qeyri-hökumət təşkilatları tərəfindən icra olunan layihələr üzrə maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ı müzakirəyə çıxarılıb. Müşahidə Şurası üzvlərinin təklifləri nəzərə alınaraq təlimatın təkmilləşdirilməsi, yaxın günlərdə yekun müzakirə edilməsi barədə qərar qəbul olunub.

Daha sonra Agentliyin icraçı direktorunun təqdimatı əsasında beynəlxalq tədbirlərdə iştirakla bağlı səfər qrantları üçün müraciətlər və cari məsələlər müzakirə edilib. Qaldırılan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər