star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Daha bir gömrük generalı işdən çıxarıldı

Daha bir gömrük generalı işdən çıxarıldıGömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi işdən çıxarılıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

Qeyd edək ki, general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə anadan olmuşdur.

1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə alıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə, 2009-cu ildə "Gömrük orqanlarında xidmətə görə" III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən "Gömrük orqanlarında xidmətə görə" II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

25 may 2012-ci il tarixində Komitə sədrinin müvafıq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən "Gömrük xidməti əlaçısı" döş nişanı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər