Sizin Reklam Burada

Vilyam Hacıyev bəraət İSTƏYİR

Vilyam Hacıyev bəraət İSTƏYİRİmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsindəki hökmdən narazıdır.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, sabiq icra başçısının vəkilləri apellyasiya şikayəti veriblər.

Şikayət ərizəsində Vilyam Hacıyevin verilmiş ittihamlarla təqsirli bilinməsi üçün yetərli sübutların olmadığını, verilmiş ittihamların məhkəmə istintaqı zamanı təsdiq olunmadığını və birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırılmadığını əsas gətirən vəkillər hökmün ləğv edilərək bəraət qərarı verilməsini xahiş ediblər.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər