“Sosial şəbəkələrin tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir”

“Sosial şəbəkələrin tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir”“Dünyanın aparacı dövlətləri sosial şəbəkələri tənzimləmək üçün qanunlar qəbul edirlər. Elə mövzular var ki, onların tənzimlənməsi üçün qanunlar hazırlanır”.

Bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dünyada sosial şəbəkələr güc mərkəzi kimi çıxış edirlər: “Bunun tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir və ayrı-ayrı dövlətlər tərəfindən bu edilir.

Məsələn, Fransada çoxsaylı məsələlər var ki, onlarla bağlı nifrət çıxışının qarşısının alınması üçün qanun hazırlanıb. Hazırda Almaniya, Polşa, Fransa və digər ölkələrdə bu cür qanunlar hazırlanıb. Sosial şəbəkəni tənzimləyə deyə bir məsələ yoxdur. Ancaq sosial şəbəkələrdə uşaqların hüquqlarının, müəllif və digər hüquqların qorunmasına zərurət var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər