Haqqın və ədalətin keşiyində

Haqqın və ədalətin keşiyindəBəşər sivilizasiyası qədim dövrlərdən haqq-ədalət axtarışında olub. Cəmiyyətdə ədalətli davranmaq, haqqın tərəfini tutmaq insanın ən ülvi keyfiyyətlərindən sayılır. Yaşadığı zaman və düşdüyü mühitdən asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, düzgünlüyə, ədalətə can atan insanların mövqeyinə, qərarlarına hörmətlə yanaşılıb.

İnsan taleyilə bağlı qərar verən hakimlərin ədalət meyarını uca tutması xüsusilə vacib faktordur.
Böyük yunan mütəfəkkiri Sokrat hakimlərin ədalətli olması üçün 4 şərti vacib hesab edib.

Hakim nəzakətlə dinləməli, ağılla düşünməli, müdrik cavab verməli, qərəzsiz qərar qəbul etməlidir. Minilliklər keçsə də, bu müdrik deyim öz aktuallığını qoruyur.
Azərbaycanda da fəaliyyətində ədalət meyarını əsas götürən hakimlər az deyil.

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə islahatların davamlı aparılmasını zəruri edir.

Prezident İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə islahatların davamlılığı təmin edilib. Fərmana uyğun olaraq cəza siyasəti humanistləşdirilməsi, yeni hakim ştatlarının yaradılması karantin şəraitində elektron xidmətlərin göstərilməsi, məhkəmə proseslərində İKT-nin tətbiqi genişləndirilib.
Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, hakimlərin iş yükünün azaldılaraq işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər hakimliyə namizəd hakim kimi təyin olunub. 44 nəfər hakimlərdən 9 nəfəri Vəkillər Kollegiyasının üzvləri olub.

Onlardan biri uzun müddətdir hüquq sahəsində fəaliyyət göstərən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş Qurbanova Aygün Arzu qızıdır.

O, 2012-ci ildə Bakı Dövlət Universiteti Hüquq Fakültəsinə daxil olub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Hüququ fakültəsini təhsilin magistratura pilləsini bitirib.Aygun Qurbanova hüquqşünas kimi əmək fəaliyyətinə “Azərsu” ASC-də hüquq məsləhətçisi kimi başlayıb. O, bu qurumda hüquq departamentinin hüquqi mübahisələrlə iş üzrə şəbənin rəisi vəzifəsinə qədər yüksəlib. 2018-2021-ci illərdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub.

Müşahidələr göstərir ki, ən peşəkar, ədalətli hakimlər vaxtilə vəkil işləmiş şəxslərin arasından çıxır.
Təbii ki, həyatda nüfuzlu mövqe sahibi olmaq, öz bilik və bacarıqlarını ifadə etmək hər bir qadının arzusudur. Amma heç də bütün xanımlar öz sahəsi üzrə zirvəyə çatmaq üçün lazımı qədər iradə ortaya qoya bilmirlər. Bunun bir çox mənəvi, sosial, psixoloji səbəbləri vardır. Aygun Qurbanova bu baryerləri aşmaq gücünə sahib, cəmiyyət üçün örnək olan xanınlarımızdandır. Onun yorulmadan, əzmlə çalışması, eyni zamanda ədalətli, obyektiv mövqeyini qoruyub saxlaması xüsusi vurğulanmalıdır.

Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hüquqi islahatlar, eyni zamanda Birinci vitse-Prezident Mehriban Əliyevanın qadınların inkişafına xidmət edən proqramlar, layihələr bu gün öz nəticəsini verməkdədir. Aparılan məqsədyönlü strategiya, milli kadrların hazırlanması, onların yüksək vəzifələrə cəlb olunması dövlətimizin dayaqlarının daha güclü olmasını şərtləndirir.
Dövlət siyasətinin prioritetlərindən biri məhkəmə-hüquq islahatları olub. Çünki ədalətli məhkəmə olmadan ölkədə nə sahibkarlıq inkişaf edər, nə də əhalinin sosial müdafiəsi təmin olunar.

Ulu öndər Heydər Əliyev qeyd etdiyi kimi, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda.

Bu illər ərzində Aygün xanım öz xalqına, Vətəninə, dostlarına, ulu öndər Heydər Əliyevin ölməz siyasi kursuna, dövlətimizə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin uğurla apardığı siyasətə qəlbən bağlı və son dərəcə sədaqətli olduğunu dəfələrlə sübut edib. Bununla belə o çıxardığı hökmlərdə, verdiyi qərarlarda heç vaxt şəxsi təəssübkeşliyini biruzə verməyib, müstəqil hakim olduğunu təsdiq edib.

Böyük yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Doğrudan da, cəmiyyət üçün ən vacib olan ədalətin təmin olunması, hər cür ayrıseçkiliyə, sosial stiqmalara yol verilməməsidir. Bu mənada hakimlərin, o cümlədən Aygün xanım Qurbanovanın üzərinə böyük məsuliyyət düşür. Hakimlərin qəbul etdikləri hər bir qərar vətəndaşların həyatında dərin iz buraxır, onların talelərini dəyişir.

Nicat Ocaqlı