star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Şəhid, Qazi adına layiq münasibət göstərməliyik"

"Şəhid, Qazi adına layiq münasibət göstərməliyik"Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Bunlardan biri də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərardır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə verildiyi diqqət və qayğının növbəti təzahürüdür.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb. Müharibə əlillərinə dövlət qayğısı ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır.

Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun rəhbəri Mübariz Göyüşlü Avrasiya.net-ə bildirilib ki,
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Azərbaycan dövlətinin, prezident İlham Əliyevin Qazilərə olan diqqətinin göstəricisidir. 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə, bir sıra şəxslərdə belə bir düşüncə yaranmışdı ki, dövlət bütün diqqəti II Qarabağ müharibəsi iştirakçılarına yönəldib. Amma bu yanlış fikir idi. Birdəfəlik ödəmələrin verilməsi göstərdi ki, Azərbaycan dövləti I Qarabağ müharibəsinin iştirakçılarını da unutmayıb, onlara da qayğı göstərilir: "Bundan əvvəl də I Qarabağ müharibəsi əlillələrinə bir sıra sosial ödənişlər, dəstək proqramları həyata keçirilmişdi. Bu ödənişlərin verilməsi ilə bağlı qəbul edilmiş qərarı da həmin prosesin davamı saymaq olar.
Nəzərə alsaq ki, I Qarabağ müharibəsi bir neçə il çəkmişdi, onun daha çox iştirakçısı olmuşdur o zaman bu proqramın böyük bir sayda insan qrupunu əhatə edəcəyini, cəmiyyətdə sosial təminat baxımından ciddi nəticələr verəcəyini söyləyə bilərik.

I Qarabağ müharibəsinin iştirakçıları bu dəstəyi, yardımı tam olaraq qazanıblar. Öz canları ilə, qanları ilə, çəkdikləri əziyyətlərlə bu yardımı haqq ediblər. Onlar dövlətimizin ağır dövrünə düşdülər. Xaos, iqtisadi çətinlik, ictimai-siyasi gərinlik dövründə, ordunun hələ yeni-yeni qurulmağa başladığı zamanda könüllü şəkildə vuruşmağa gedənlər, o cümlədən orduda qulluq edənlər böyük qəhrəmanlıqlar göstərdilər. Onların əməyini unutmaq, haqqını yemək olmaz. Dövlətimiz də onların haqqını verir. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Dövlət onları da unutmayıb. Onların pulu da varislərinə veriləcək. Bu o deməkdir ki, heç kim unudulmur, heç kim yaddan çıxmır".

I və II Qarabağ müharibəsinin iştirakçılarına, əlillərinə, şəhidlərinin ailələrinə daim qayğı göstərmək lazımdır. Dövlət də, millət də hər zaman onlara xüsusi münasibət göstərməli, dəstək verməlidir. Bizim onlar qarşısında borcumuz bir ömürlükdür: "Bundan sonra nə qədər çalışsaq da onların borcundan çıxa bilmərik. Dövlətin, onun başçısının atdığı bu addım digərlərinə, xüsusən də məmurlara nümunə olmalıdır. Şəhid haqqı, Qazi haqqı müqəddəsdir. Məmurlar bunu anlamalıdırlar. Biz bütövlükdə cəmiyyət olaraq bu şəxslərə Şəhid, Qazi adına layiq münasibət göstərməliyik".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər