Sizin Reklam Burada

Nazir MİQ suallarını yayan müəllimdən DANIŞDI

Nazir MİQ suallarını yayan müəllimdən DANIŞDI"MİQ intahanlarında sualları bizə verən müəllimlərlə aramızda məxfilik müqaviləsi imzalanır". 

Bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib. 

Nazir qeyd edib ki, sualların üçüncü şəxsə ötürülməsi qadağan olunur. Onun sözlərinə görə, MİQ imtahanlarında sualların əvvəlcədən yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

"Biz Təhsil İnstitutu olaraq, zərərçəkmiş tərəf kimi müraciət edəcəyik. Ümumilikdə, MİQ imtahanlarında yüksək bal toplamış şəxslər həqiqətən öz sahəsini yaxşı bilənlərdir. Onlardan razıyıq".

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində müəlliflərdən biri olan Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər