Sizin Reklam Burada

Elnur Eltürk: “Vikipediya”da fəal olmağımız zamanın tələbidir

Elnur Eltürk: “Vikipediya”da fəal olmağımız zamanın tələbidir“Vikipediya”da fəal olmağımız zamanın tələbidir. Son illər könüllülər arasında “Vikipediya”da məqalə yaratmağa böyük həvəs yaranıb. “Vikipediya” həm də təbliğ nöqteyi-nəzərindən uğurlu internet platformasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsi inkişaf etməkdə olan seqmentdir. Hər gün bu platformanın Azərbaycan dili bölməsində məqalələrin sayı artır və ya məlumatlar redaktə edilərək zənginləşdirilir. Artıq Azərbaycan dili bölməsində 185 mindən çox məqalə var. Fəallıq və intensivlik yaxşıdır və proses sistemli şəkildə davam edir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Vikipediya”da yeni könüllülərin cəlb olunması ilə bağlı keçirilən təlimlər öz müsbət nəticəsini verir. Ali məktəblərin tələbələri prosesə öz töhfələrini verirlər. Yeni könüllü qruplar yaradılır. Hesab edirəm ki, fəallıq daha da artırılmalıdır. Ölkənin vətənpərvər, intellektual insanları prosesə daha çox öz töhfələrini verərlərsə, doğma dilimizdə məqalələrin sayı daha da artar.
“Vikipediya” bir ölkənin tarixinin, xalqın milli-mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin tanıdılması üçün də uğurlu platformadır.

Bu gün “Vikipediya”nın xarici dil bölmələri sürətlə inkişaf edir. “Vikipediya” bizə təbliğat baxımından da bir sıra imkanlar yaradır. Bundan düzgün yararlanmaq və istiqamətlənmək olduqca önəmlidir. Xarici dilləri mükəmməl bilən şəxslər bu prosesdə fəal iştirak edərlərsə, uğurlu nəticələrin olması gözləniləndir. Son illər “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri və könüllüləri bu onlayn ensiklopediyanın Azərbaycan və xarici dili bölmələrində ölkəmizlə bağlı uğurlu məqalələr yaradır və zənginləşdirirlər. Bu işdə peşəkar tərcüməçilər fəal iştirak edirlər. Müasir informasiya texnologiyaların inkişaf etdiyi vaxtda “Vikipediya”da fəal olmağımız labüddür. Həm də zamanın tələbidir”,- deyə Elnur Eltürk bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər