Sizin Reklam Burada

Gömrük Komitəsində neçə nehrəmli var? - Şok siyahı

Gömrük Komitəsində neçə nehrəmli var? - Şok siyahıBir neçə gün əvvəl vəzifəsindən azad edilən Səfər Mehdiyevlə bağlı ən çox müzakirə edilən məsələlərdən biri onun qohumlarını, tanışlarını və ən əsası Nehrəm kəndindən olan yaxınlarını Gömrük Komitəsinə yığması ilə bağlıdır.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, komitənin 4 000 əməkdaşından 1400-ü Nehrəm kəndindədir. Bu sayın 1800, hətta 2000 olduğunu iddia edənlər də var. Səfər Mehdiyev komitənin az qala yarısını öz doğulduğu kəndin adamlarına etibar edib. Bu şəxslərin içərisində heç şübhəsiz ki, yaxın qohumları da var.

Onların sayı 40-dan çoxdur. Vaxtilə müxtəlif media orqanlarında Səfər Mehdiyevin 36 qohumunun siyahısı dərc olunub. Həmin şəxslərin çoxu yüksək post tutur.

Qeyd etmək lazımdır ki, gömrük sistemində naxçıvanlılar, nehrəmlilər S. Mehdiyevin sədrliyindən əvvəl də çalışıb. Amma S.Mehdiyev rəhbər gətirildikdən sonra demək olar ki, yalnız nehrəmlilər işə götürülüb.

Bununla bağlı maraqlı bir məqamı da qeyd edək. S.Mehdiyevə qədər Gömrük Akademiyasının binasında gömrük kursları fəaliyyət göstərib. Kursa əslən Naxçıvandan olan Kamil Eyyubov rəhbərlik edirmiş. Bu kurslarda Gömrük Akademiyasına tələbələr hazırlayır, əksəri də işlə təmin olunurmuş. S.Mehdiyev sədr postuna oturan kimi kursları ləğv edib. Sədrin adından K.Eyyubova çatdırılıb ki, komitəyə yalnız nehrəmli lazımdır, onlardan isə imtahan tələb olunmur.

Nehrəmli gömrükçülərdən 5-i generaldır: general-polkovnik Səfər Mehdiyev, DGK Akademiyasının rəisi Qulu Novruzov, DGK sədr müavini, general-leytenant Əsgər Abdullayev, general-mayor Kənən Məmmədov və həbs olunmuş general-mayor Məsum Rəsulov.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) DGK-də bir neçə dəfə əməliyyatlar aparıb.

Əməliyyatlar nəticəsində Komitənin generalları, vəzifəli şəxsləri saxlanılıb.

Baş verənlərdən sonra Prezident İlham Əliyev DGK sədri S.Mehdiyevi vəzifəsindən azad edib.

Həmçinin, DGK-də Hesablama Palatası tərəfindən maliyyə yoxlamaları da aparılır.

Qurumdan bildirilmişdi ki, hazırda yoxlamalar davam edir, nəticəsi barədə məlumat veriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər