Sizin Reklam Burada

BNA araşdırdı, fakt təsdiqləndi - Xəbərdarlıq

BNA araşdırdı, fakt təsdiqləndi - XəbərdarlıqBakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərə rəsmi xəbərdarlıq məktubu göndərib.

Bunu qurumun şöbə müdiri Vüqar Məmmədzadə bildirib.

Onun sözlərinə görə, mətbuatda öz əksini tapmış 165 nömrəli marşrutdakı nöqsanlarla bağlı monitorinq aparılıb:

“Monitorinq zamanı qeyd olunan məqamlar öz təsdiqini tapıb. Belə ki, 165 nömrəli marşrutda 18 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə xidmət göstərməsinə baxmayaraq, günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yollarda, xüsusən Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı avtobuslararası hərəkət intervalında ləngimələrə, eyni zamanda marşrutda avtobusların ümumi dövrünün gecikməsinə səbəb olur. Buna baxmayaraq, adıçəkilən marşrutun istismarçısı olan Çinar-Trans MMC-nin məsul şəxsləri ilə məsələ müzakirə edilərək fəaliyyətlərində əsaslı dönüş edərək avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi, o cümlədən digər nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib. Həmçinin mövcud çatışmazlıqlarla bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən şəxslərə xəbərdarlıq edilib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər