Sizin Reklam Burada

İnnovativ təşəbbüslərlə medianı xilas etmək mümkün olar

İnnovativ təşəbbüslərlə medianı xilas etmək mümkün olarƏkrəm Bəydəmirli

Medianın inkişafı cəmiyyətdə gedən proseslərin, dünyada baş verən qlobal hadisələrin və digər çox saylı faktorların təsiri nəticəsində mümkün olur. Ən əsası cəmiyyətdə baş verən inkişaf və yaxud durğunluq jurnalistikadan yan keçmir.

Jurnalistikada proseslərin gedişatı və narahatedici reallıqlarla bağlı bəzi məqamlara nəzər salmaq istərdim. Ümumiyyətlə, media sisteminin təmərküzləşməsinə, bu sahədə davamlı islahatların aparılmasına böyük ehtiyac var. Bu gün media ilə bağlı bəzi narhatedici məqamlar çox haqlı olaraq müzakirə mövzusudur. Çünki bu sahədə ciddi problemlər uzun illərdir ki, həllini tapmır.

Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı Prezidentin sərəncamından sonra bu sahədə müzakirələr xeyli artıb. Vaxtılə KİVDF yaradılan zaman həmin quruma böyük ümidlər yaranmışdı. Təəssüf ki, bu ümidlər doğrulmadı. Haqlı olaraq müdrik insanlar keçmişi qamçılamırlar, keçmişdən ibrət dərsi götürürlər.

Bu gün sosial şəbəkələrin əhatə dairəsinin sürətlə genişlənməsi və iştirakçı sayının artması bir çox hallarda jurnalistikaya marağı azaldır. Sosial şəbəkə iştirakçıları bəzən özlərinin həmin məkandakı azad fəaliyyətini jurnalist fəaliyyəti kimi təqdim edirlər. Bu nə dərəcədə yanlışdır, dogrudur və yaxud qorxuludur onu demək çətindir.

Müşahidələr göstərir ki, həm dünyada, həm də Azərbaycanda jurnalistkaya maraq kəskin azalıb. BDU-nun jurnalistika fakültəsində təhsil almaq, qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin sayına nəzər salanda bu mülahizələr öz təsdiqini tapır. Bu ciddi məsələni etiraf edib üzərində düşünmək lazımdır. Bunun səbəbləri çoxdur. Ən başlıcası isə mediada maddi təminatın zəifləməsi ilə bağlıdır. Jurnalist olmaq istəyən gənc bu sahədə öz təminatlı gələcəyini görmür.

Azərbaycanın media qurumlarının təmsilçiləri reklam bazarının darlığından, reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Təəssüf ki, belə problemlər çox dərinləşib. Əslində Azərbaycanın iqtisadi inkişaf tendensiyasına reklam bazarının hazırkı göstəriciləri uyğun gəlmir.

Bəs, medianın bu gün ən ciddi problemi nədir?

Mənim qənaətimcə, bu gün medianın ən ciddi problemlərindən biri azad sahibkarlıq subyektlərinin yetərincə formalaşmamasıdır. Həm paytaxtda, həm də regionlarda oliqarxların, məmurların nəzarətindən kənar milli düşüncəli sahibkarların yaranması və onların geniş fəaliyyəti media üçün yeni imkanlar deməkdir. Yəni məmurlara veriləcək qanunsuz ödənişlər birmənalı şəkildə kəsilir. Sahibkarın halal vəsaitinin az bir hissəsi medianın reklam büdcəsinə, dövlətin müxtəlif vergi ödənişlərinə yönəlir. Bundan həm dövlət, həm də cəmiyyət qazanır. Deməli, medianın, ümumilikdə cəmiyyətin inkişafı məmurların nəzarətindən kənar azad sahibkarlıq ordusunun yaradılması ilə bağlıdır.

Ona görə, azad sahibkarlıq subyektlərinin geniş fəaliyyəti müstəqil reklam bazarında əhəmiyyətli dəyişikliyə təkan verər. Azərbaycanda media hüququ, ümumilikdə, qanunlarla bağlı ciddi problem yoxdur. Yetər ki mövcud qanunların işlək mexanizmi olsun.

Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. “Reklam haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərin mütəmadi olaraq reytinq göstəricisini göstərilməklə bərabər onlara maksimum güzəştlərin tətbiqi zəruridir.

Həmçinin medianın savadlanması məsələsi üzərində düşünmək lazımdır. Çünki zaman- zaman çox intellektli insanlar jurnalistikanı incidilərək və yaxud başqa səbəblərdən tərk ediblər. Əvəzində isə təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur. Əlqərəz fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qələmini və qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin dövlətimizin strateji maraqları naminə medianın maddı texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı formalaşmalıdır.

Yekunda onu demək istərdim ki, fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qürurunu qırmayan jurnalistikanın qorunub saxanması dövlətimizin, medianın, ümumilikdə cəmiyyətin strateji maraqlarına xidmət edir. Bu strateji hədəflər lazımı şəkildə qorunmasa, halal pula ehtiyacı olan media öz problemlərini həll etməsə daha çətin olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər