Sizin Reklam Burada

“İşimin başında olub-olmamağımın sizə nə aidiyyəti var?!” - İH baçşısının müavini

“İşimin başında olub-olmamağımın sizə nə aidiyyəti var?!” - İH baçşısının müavini“Mənə aid olmayan məsələdə müqəssir kimi tutuluramsa, dövlətimə nə deyim?!"

Bizim.Media xəbər verir ki, bunu Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Əliyeva deyib.

Xatırladaq ki, o və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi təsdiqlənib və faktla bağlı cinayət işi açılıb.

Digər məlumatlara görə Rasilə Əliyeva icra başçısının müavini vəzifəsindən də kənarlaşdırılıb.

Rasilə Əliyeva Bizim.Media-ya açıqlamasında növbəti dəfə faktı təkzib edib və barəsində cinayət işi açılmasına görə dövləti tənqid edib.

“Mənə aid olmayan məsələdə müqəssir kimi tutuluramsa, dövlətimə nə deyim?! Etmədiyim bir şeydən ötrü barəmdə necə cinayət işi açıla bilər?! Mən o işi eləməmişəm. Ümumiyyətlə, mənə niyə sual verirsiz. Sizə məlumat lazımdır, gedin yazın da...İşimin başında olub-olmamağımın sizə nə aidiyyəti var?!” - deyə Rasilə Əliyeva danışığı yarımçıq qoyub.

Qeyd edək ki, Baş Prokurorluğun araşdırması zamanı müəyyən edilib ki, Rasilə Arif qızı Əlyeva 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdini öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib.

Sonra məktəbin direktoru Yeganə Əsgərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan məktəblinin iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb.

Şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər