Sizin Reklam Burada

İnvestisiya mühitinin inkişafı ilə bağlı müsbət təcrübə

İnvestisiya mühitinin inkişafı ilə bağlı müsbət təcrübəBu ilin 15 iyulunda Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin sədrliyi ilə son altı ayın yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə görülən işlər haqqında ətraflı məlumat verilib. Əldə edilən nəticələr bir daha göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Bütün istiqamətlərdə qarşıya qoyulan vəzifələr uğurlu bir şəkildə icra olunur.

Müşavirədə energetika məsələsi, neft-qaz məsələsi, ərzaq təhlükəsizliyi məsələsi, azad olunmuş ərazilərdə bərpa işləri, nəqliyyat məsələsi, sosial məsələlər müzakirə olunub.

Bizim üçün ən vacib məsələlərdən biri də energetika ilə bağlıdır. Bu gün bizim enerji imkanlarımız bir çox ölkələr üçün də böyük əhəmiyyət daşıyır. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə Günəş və Külək elektrik stansiyalarının tikintisi ilə məşğuldur. Azərbaycan dövləti burada bir manat belə pul qoymamışdır.

Cəbrayıl rayonunda stansiyanın inşası üçün hazırlıq işləri aparılır. Gələn il həmin stansiyanın inşaatına başlanılacaq. İki min meqavat Günəş və Külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir.

Müharibədən sonra ermənilərin dağıtdığı su elektrik stansiyalarının gücü hesablanıb. Orada 32 su elektrik stansiyası olub. Ermənilər Kəlbəcər və Laçından gedəndə onları vəhşicəsinə dağıdıblar. Artıq il yarım ərzində 9 su elektrik stansiyası inşası başa çatıb və çatmaqdadır. Bərpa olunan enerji növlərinin istehsalına ancaq xarici investisiyalar qoyulur. Bu bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. Biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik.

Avropa tərəfindən irəli sürülən yeni layihədə Qara dənizin altından Gürcüstandan Rumınyaya qədər kabelin çəkilişi var və biz bu layihəyə maraq göstəririk. Bu sahədə çox perspektiv var. Eyni zamanda bu bizə imkan verəcək ki, təbii qaza da qənaət edək. Bizim qazımıza tələbat indi kəskin şəkildə artıb. Ayın 18 də Avropa Ittifaqı ilə Azərbaycan arasında memorandum imzalanması nəzərdə tutulmuşdur. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər