Sizin Reklam Burada

Milli Qəhrəman Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edilib

Milli Qəhrəman Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edilibAzərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Birliyin Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, tədbirlər proqramına uyğun olaraq “İrəli” İctimai Birliyinin nümayəndələri İkinci fəxri xiyabanda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Anım mərasimində qeyd olunub ki, Tovuz döyüşləri dostluq, qardaşlıq, bir-birinə dəstək olmaq, vətənə sədaqət, hərbi anda sadiqlik qələbənin qazanılmasında silahlar qədər önəmli amil oldu. Tovuz hadisələri həmçinin 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı olaraq, ordumuzun qəhrəmanlığı, xalqımızın gücünü bir daha göstərib.

Tədbirlər planı çərçivəsində həmçinin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 100-ə yaxın “İrəli” gənci birincilik uğrunda mübarizə aparıblar.
Gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, habelə Tovuz hadisələri, Vətən müharibəsi ilə bağlı biliklərini artırmaq məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu baş tutub. 30 komandadan ümumilikdə 150-ə yaxın gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar şəhadətnamə və müxtəlif dəyərli hədiyyələrlə təltif ediliblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər