Qazimizin ölümü ilə bağlı araşdırma başladı - Rəsmi
Dərc olunub:
13-07-2022, 11:53
Sabirabadda qazinin özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.