Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi
Dərc olunub:
7-07-2022, 13:25
Əməkdar jurnalist Mais Məmmədov xəstəxanaya yerləşdirilib.
Bu barədə onun həmkarı Vahid Mustafayev məlumat yayıb.
Onun sözlərinə görə, M.Məmmədov ağır mədəaltı vəzi xəstəliyi diaqnozu ilə reanimasiyadadır.
Qeyd edək ki, iyulun 12-də Mais Məmmədovun 84 yaşı tamam olacaq.