Sizin Reklam Burada

Payızda koronavirusun yeni dalğası gözlənilir

Payızda koronavirusun yeni dalğası gözlənilirKoronavirusun yeni dalğasının payız aylarında gəlmə ehtimalı var.

Bunu Modern.az-a açıqlamasında tanınmış həkim-infeksionist Vasif Əliyev bildirib.

İnfeksionist diqqətə çatdırıb ki, Avropa və Şərqi Asiya ölkələrində koronavirusa yoluxma sayı artıb:

“Azərbaycanla bağlı kütləvi təhlükə görünmür. Vətəndaşlarımızın əksəriyyəti həm peyvəndlənmə prosesindən keçib, həm də yoluxub sağaldıqları üçün immunitet yaranıb. Hazırda ölkədə kütləvi immunitet formalaşıb. Uzun müddətdir qapanmaların aradan qaldırılmasına baxmayaraq, Azərbaycanda artım müşahidə olunmur. Xəstəxanalar boşdur”.

V.Əliyev deyib ki, öncəki dalğalarda olduğu kimi təhlükə müşahidə olunmur:

“Dünyada pandemiya bitmədiyi üçün ölkəmizdə də payıza doğru təhlükə ehtimalı var. Ancaq bu riski çox yüksək dəyərləndirmirəm. Qapanmalarla bağlı isə ölkədəki mövcud vəziyyət dəyərləndirdikdən sonra qərar verilir”.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb, ölən olmayıb. Əvvəlki günlərlə müqayisədə Azərbaycanla yanaşı, digər ölkələrdə də yoluxma sayında artım müşahidə edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər