star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir"

"Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir"“Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iyunun 29-u Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin dövlət başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qeyd etmişdir. Aşqabadda keçirilmiş Zirvə Toplantısı Xəzəryanı ölkələrin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının möhkəmləndirilməsi məsələləri ilə yanaşı Xəzər dənizinin problemləri barədə müzakirələrin aparılmasına və mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin icrası üçün olduqca önəmlidir.

Toplantıda geniş nitq söyləyən ölkə başçımız bir çox vacib məqamlarla yanaşı ən böyük qlobal problemlərdən biri olan və bütün dünyanı təhdid edən ekoloji problemlərdən də bəhs etmişdir.

Cənab Prezident, həmçinin dünyada baş verən quraqlığın Xəzər dənizinə də mümkün təsirlərindən danışaraq ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu qeyd etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, “Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində ma¬raqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti da¬vam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub”. Bütün Xəzəryanı dövlətlərin ümumi marağına xidmət edən bu fikirlər bir daha dövlət başçımızın qlobal məsələlərə həssas yanaşmasının bariz sübutudur.

Həmçinin cənab Prezident çıxışında xüsusi narahatlıq doğuran digər bir məsələyə də toxunub. Dövlətimizin başçısı Xəzər dənizinin dayazlaşması barədə danışaraq həmkarlarının fikirlərinə şərik olduğunu, bu problemin uzun illər ərzində ciddi narahatlıq doğurduğunu qeyd etdi. Bildirmişdir ki, sahilyanı dövlətlərin nümayəndə heyətlərinin belə ekoloji fəlakətin səbəblərinin aşkarlanması, eyni zamanda, Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi məqsədilə xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklərini vurğulayıb.

Məlumat üçün qeyd etməliyik ki, Azərbaycan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokolları¬nın, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdı¬rılması prosesində də fəal iştirak etməkdədir. Azərbaycan bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi, 2018-ci il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair protokolunun imzalanmasını da yüksək dəyərləndirmişdir. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir. Son illər respublikamızda bu istiqamətdə, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər də bunun əyani nümunəsidir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə dövlətimiz tərəfindən mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilməkdədir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər