Sizin Reklam Burada

"Jurnalist dürüst, obyektiv olmalıdır" - Xaliq Məmmədov ittihamlara cavab verib

"Jurnalist dürüst, obyektiv olmalıdır" - Xaliq Məmmədov ittihamlara cavab veribAzərbaycanda söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var.

Amma təəssüf ki, söz azadlığından sui-istifadə edənlər də az deyil. Bu gün jurnalist etikasına bələd olan jurnalistlərin öz fikirlərini istənilən media subyekti vasitəsilə azad şəkildə ifadə etməsində heç bir çətinlik yoxdur. Yetər ki, dilə gətirdiyin fikirlər həqiqəti əks etdirsin və arqumentlərin əsaslı olsun. Çünki “söz azadlığı” anlayışı digər vətəndaşlara böhtan atmaq, onları təhqir etmək deyil, sözü mədəni şəkildə, tutarlı faktlarla ünvanına çatdıra bilməkdir. Jurnalist obyektiv, qərəzsiz olmalı, yalnız və yalnız həqiqəti yazmalı və söyləməlidir. Ən azından bu, onun peşə borcudur. Amma bu peşə borcunu yerinə yetirməyənlər, ona sadiq qalmayanlara da rast gəlmək mümkündür.

Belə ki, iyunun 20-də Azpolitika.info və “Moderator.az saytlarında “Şirkəti talayıb, şantaja keçdilər… - Yaxud generala atılan böhtanın izi ilə”, “Şirkəti talayanlar məsuliyyətdin yayınmaq üçün mühacir medianı şantaj vasitəsi SEÇDİLƏR...” başlıqlı yazılar dərc olunub.

Yazıların ilk üç abzasını təqdim edirik:

... Bir neçə gün əvvəl Yusif Əzizov adlı biri xaricdə Azərbaycan hakimiyyətinin və dövlətinin əleyhinə fəaliyyəti ilə tanınan Tural Sadıqlının “Azad Söz” adlı internet kanalında Dövlət Miqrasiya Xidmətinin rəis müavini Vəli Nağıyev haqqında müxtəlif iddialar səsləndirib.

... Mənimsəmə, dələduzluq əməllərində ittiham edilən bir qrup şəxsin Dövlət Miqrasiya Xidmətinin rəis müavini ilə bağlı kifayət qədər ciddi ittihamlarla çıxış etməsini nəzərə alaraq, iddialarının nə qədər doğru olduğunu araşdırmağa qərar verdik.

.. İlk növbədə qeyd edək ki, əvəllər iş adamı kimi tanınan Vəli Nağıyev hələ bir neçə il əvvəl mətbuata açıqlamasında dövlət işinə keçdikdən sonra heç bir biznes fəaliyyəti ilə məşğul olmadığını bəyan edib. Dövlət Miqrasiya Xidmətinin rəis müavini təyin olunana qədər isə bir gün də olsun nə büdcə təşkilatına, nə də hansısa bir xidmət qurumuna rəhbərlik etməyib.

Bu abzaslar yazının sifarişli və generala qarşı ittihamların böhtan olduğunu göstərməyə kifayət edir. Belə olan təqdirdə bəzi saytlar xaricdə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən hansısa internet kanalında səsləndirilən iddiaları niyə ictimailəşdirib, bununla nə demək istəyirlər?

Bildirirk ki, bəzi saytlar Dövlət Miqrasiya Xidmətinin rəis müavini general Vəli Nagıyev haqqında əsası olmayan, onun dövlət qarşısında xidmətlərinə kölgə salan şər, böhtan xarakterli fikirləri ictimailəşdirməklə “Media haqqında qanun"un müddəları ilə yanaşı, Jurnalist peşə etikası kodeksi normalarını kobudcasına pozublar. Bu gün Avropada "siyasi mühacir" adı altında çirkin məqsədlərə xidmət edənlərdən, dövlətimizə, cənab Prezidentin siyasətinə qarşı çirkin təbliğat aparanlardan biri olan Tural Sadıqlının internet kanalında səsləndirilən ittihamları yoxlamadan, dəqiqləşdirmədən ictimaiyyətə çatdırmağın özü qeyri-peşəkarlıq, qeyri-obyektivlik, qərəzliyin göstəricisidir.

Xain birinin rəhbərlik etdiyi internet kanalında səslənən ittihamlar hansı məntiqlə inandırıcı, ciddi qəbul oluna bilər ki, onu ictimaiyyətə təqdim edirlər?

Tural Sadıqlı kimi mühacir həyatı yaşayanların bir çoxunun əqidəsi, amalı, məqsədi dövlət məmurlarını gözdən salmaqla yanaşı, dövlətini, millətini, xalqını sevən və bu yolda bütün fəaliyyətini, həyatını, bilik və bacarığını xərcləyənləri şərləməkdir.

Yuxarıda adlarını çəkdiyimiz və kifayət qədər nüfuzlu saytlarımız həmin ittihamları dəqiqləşdirmədən, yazıda adları hallandırılan şəxslərin mövqelərini, fikirlərini almadan onu dərc etməklə hansı məqsədlər güdür?

Həmin yazıda mənim də adım çəkilir, halbuki "Sara qrup" QSC ilə hec bir əlaqəm yoxdur və həmin dövrdə Dəmir yolu və multimodal daşımalarla məşğul olan baş operator şirkətin rəhbəri işləmişəm. Yazıda adları çəkilən başqaları isə 2021-ci ilin iyul və dekabr aylarından o şirkətdə çalışmırlar.

Bunu yoxlamaq o qədər də çətin deyil. Sənəd, sübüt ortalıqdadır. Həmin ittihamları ictimailəşdirməzdən öncə obyektivliyi qorumaq məqsədilə bəzi məqamları aydınlaşdırmaqdan ötrü yazıda adları çəkilən şəxslərə müraciət olunmalıydı. Hər üç şəxs ictimaiyyətə açıqdır, dövlətini sevən, xalqının, millətinin xidmətində duranlardır. Xain Tural Sadıqlı kimi Avropaya sığınmayıblar, yerləri, ünvanları bəllidir.

Gətirdiyimiz dəlillər onu deməyə əsas verir ki, həmin başlıqlı yazılar bütünlüklə böhtan və təsdiqini tapmayan ittihamlardır. Media isə böhtan və şərə yer ayırmamalıdır, düzünü yazmalıdır. Bəzi media subyektlərimizi obyektivliyi, ədalət prinsiplərini qorumağa, onlara hörmətlə yanaşmağa dəvət edirik.

Hörmətlə

Xaliq Əjdər oğlu Məmmədov
İqtisad elmləri fəlsəfə doktoru, 3-cü dərəcəli dövlət qulluğu müşaviri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər