Türk dövlətlərinin hərbi əməkdaşlıq etmələri önəmli hadisədir
Rəşad Rəhmanov: "Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir"
İki ölkə arasında diplomatik əlaqələr 1995-! ci ilin oktyabrın 2-də qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistanda ,1998-ci ilin mayında Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusi əhəmiyyət kəsb edir. NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan Özbəkistan Prezidentlərinin görüşləri ikitərəfli münasibətlərin daha da inkişafına səbəb oldu. 2004- cü ildə İlham Əliyevin Özbəkistana səfəri, 2008 - ci ildə Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı bir çox məsələlər müzakirə edilmişdir.
21 iyun 2022 - ci il Azərbaycan Respublikasının Prezidenti Özbəkistana dövlət səfəri etmişdir.
Özbəkistanda geniş tərkibli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev cıxışı zamanı bildirib ki, Şavkat Mirziyoyevin ölkəsi investisiya baxımından cəlbediciliyi, sənaye potensialının artırılması ,sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirib. Prezident Şavkat Mirziyoyev ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində o, cümlədən Bakıda dəfələrlə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası Prezidenti Ilham Əliyev dəfələrlə görüşdüklərini xatırladaraq bildirdi ki, "Sənaye istehsalı, iş yerləri ,xalqın sosial rifahı bütün bu mövzular daim diqqət mərkəzindədir və Azərbaycanda da Özbəkistanda da əminəm ki, sakinlər də bu istiqamətdə böyük nailiyyətlər əldə edirlər. BIz qardaş özbək xalqının uğurlarına sevinirik və əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək"
Biz həmişə ikitərəfli fəaliyyətimizi genişləndirmək üçün səy göstərməliyik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Özbəkistan Respublikası ilə hərbi əməkdaşlıq, hərbi - texniki əməkdaşlıq istiqamətində addımlar atıldığı iki ölkə arasında qarşılıqlı əlaqələr daha da möhkəmlənəcək. İki ölkə arasında təcrübə mübadiləsi aparılacaq. Bu gün hər iki ölkə də kənar təhdidlərlə üzləşir. Bu səbəbdən bu sahədə əməkdaşlığımızı artırmalıyıq və təcrübə mübadiləsi aparmalıyıq. Biz Özbəkistanla hərbi əməkdaşlıq istiqamətində əlavə addımlar atmalıyıq.
Özbəkistan Prezidenti həm də bildirib ki, qardaşlığımızın rəmzi olaraq işğaldan azad olunan Füzuli rayonunda məktəb tikdirəcək. Məlumdur ki, ll Qarabağ müharibəsindən sonra biz Qarabağı öz gücümüzlə bərpa edirik. Müharibədən sonra Özbəkistan Prezidenti görüşəndə belə bir təşəbbüs irəli sürmüş və Prezidentimiz bu təklifi minnətdarlıqla qəbul etdiyini bildirmişdi. Bu məktəb həm də bizim qardaşlığımızın rəmzi olaraq yüzillər boyu Azərbaycan xalqının xatirində qalacaq.
Türk dövlətlərinin qarşılıqlı münasibət qurmaları və hərbi əməkdaşlıq etmələri həqiqətən önəmli hadisədir. Qardaş özbək xalqı ilə Azərbaycan xalqı həmişə dost və qardaş olacaqdır.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru