DTX-nin saxladığı yüksək vəzifəli şəxs görün kim imiş - Foto
Dərc olunub:
21-06-2022, 13:45
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.
Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu iddia edilir.
Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.