Bakıda restoranda kütləvi dava olub? – DİN-dən açıqlama
Dərc olunub:
6-06-2022, 02:01
Sosial şəbəkələrdə Bakıda yerləşən “Qəbələ” restoranında kütləvi dava olması və guya polislərin bıçaq xəsarəti alması barədə yayılan iddiaların heç bir əsası yoxdur.
Bu sözləri açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, sosial şəbəkədə yayılan iddia dərhal yoxlanılıb:
“İddialar təsdiqlənməyib. "Qəbələ" restoranında kütləvi dava olmayıb. Sosial şəbəkə istifadəçilərinə bu kimi yalan xəbərlərin yayılmasının məsuliyyət yaratdığını bir daha xatırladırıq”.