star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Eldar Mahmudovun əmisi oğlunun əmlaklarının siyahısı - Klassik avtomobil həvəskarı imiş

Eldar Mahmudovun əmisi oğlunun əmlaklarının siyahısı - Klassik avtomobil həvəskarı imişKeçmiş MTN rəhbəri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudovun əmlaklarının siyahısı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, mühakimə olunduğu dövrdə yaşayış evləri, torpaq sahələri və çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsi tərəfindən birbaşa və dolayı yolla Vüqar Mahmudova məxsus üzərinə həbs qoyulan əmlakların siyahısı belə olub:

- İki qeyri-yaşayış sahəsi;

- Buzovnada fərdi yaşayış evi;

- Bülbül prospektində daşınmaz əmlak;

- Bakıda mənzil;

- 1 hektara yaxın torpaq sahəsi;

- Xocəsəndə fərdi yaşayış evi;

- Yasamalda yaşayış evi;

- Səbaildə torpaq sahəsi;

- 2015 model “Jaguar XJ” avtomobil;

- 2014 model “Mercedes Benz E-350”;

- 2014 model “Toyota Camry”;

- 1988 model “QAZ 2410”;

- 1991 model “QAZ 2410”;

- 1955 model “Moskviç 401”;

- 1992 model “QAZ 2411” ;

- 1987 model “QAZ 2410” (2 ədəd);

- 1994 model, “QAZ 3102”;

- 1971 model “QAZ 2410”;

- 2015 model “Citroen C4 Picasso”;

- 2013 model “Citroen”;

- “Kapital Bank"da 74 min dollar;

- “Beynəlxalq Bank”da 40 min dollar.

Lakin Ali Məhkəmə qərarı dəyişdirərək bu əmlakların böyük bir hissəsinin üzərindəki həbsi götürüb və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Baş Prokurorluq bu mərhələdə protest verib və müsadirə edilməsi təklif edilmiş bütün əmlakların dövlət nəfinə tutulmasını tələb edib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib və Vüqar Mahmudovun ailəsinə məxsus bank hesabından 1 milyon manatdan çox pul müsadirə olunub.

Araşdırmalar zamanı məlum olub ki, Vüqar Mahmudov 2004-2015-ci illərdə MTN-in Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işləyərkən faktiki olaraq həm də Eldar Mahmudovun köməkçisi funksiyalarını yerinə yetirib. O, bu müddətdə qurumun müstəsna səlahiyyətlərindən yararlanaraq külli miqdarda dövlət əmlakını mənimsəyib. Belə ki, o, MTN-in idarə rəislərindən ibarət mütəşəkkil dəstədə birləşib, vəzifəli şəxs kimi qulluq mövqeyindən sui-istifadə edib. O, qurumun əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini mənimsəmək məqsədilə raportlar imzalatdırıb. Bu yolla MTN-in kassasından 3 milyon manata yaxın büdcə vəsaitlərini əvəzsiz surətdə ələ keçirib.

Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən əməliyyat-axtarış tədbirlərinin icrasına müvəqqəti cəlb olunmuş vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına görə bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik tərəfindən “ödənilsin” dərkənarı qoyulmaqla sənədlər imzalatdırıb. Bu yolla cəmi 7,6 milyon manat pulun MTN-in kassasından çıxarılmasına nail olub.

Dövlət Təhlükəsizliyi Xidməti V.Mahmudova qarşı 10,6 milyon manat pulun qaytarılması üçün mülki iddia verib. Lakin məhkəmə iddianı təmin etməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 2019-cu ildəki hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər