Sizin Reklam Burada

Azərbaycanın vəkillik tarixində çox əlamətdar hadisə

Azərbaycanın vəkillik tarixində çox əlamətdar hadisə"Azərbaycan Vəkillər Kollegiyasının "CCBE" təşkilatına üzv olması Azərbaycanın vəkillik tarixində çox əlamətdar hadisədir."

Bu sözləri Olaylar.az-a açıqlamasında 14 saylı Vəkil Bürosunun rəhbəri Telman Qasımov deyib. O bildirib ki, bununla da Azərbaycan vəkillərinin dünya hüquq ictimaiyyətinə inteqrasiyası güclənəcək, Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək, Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Telman Qasımovun sözlərinə görə dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi vəkillik sahəsində belə ciddi uğurun qazanılması Azərbaycanın beynəlxalq hüquq siyasətində, insan haqlarının qorunmasında öz sözünü deməsinə şərait yaradacaq- " Bu əlamətdar hadisə ilə Azərbaycan vəkilliyi sanki dünyaya yenidən doğdu. Bu işdə 4 il sərasər əmək sərf edən Vəkillər Kollegiyasının sədri Anar Bağırovun xüsusi fədakarlığını hər kəs qiymətləndirməlidir"

Xatırladaq ki, bu il mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə "CCBE" təşkilatına üzv olub.

Qeyd edək ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən "CCBE" təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər