Sizin Reklam Burada

Müsabiqənin qalibləri yaxın günlərdə açıqlanacaq

Müsabiqənin qalibləri yaxın günlərdə açıqlanacaqAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclası açıq elan edən Müşahidə Şurasının sədri Azay Quliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

İclasda Agentliyin Strateji Planının hazırlanması, ictimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair Agentliyin hesabatını dinləmək və ictimai iştirakçılıq, ictimai nəzarət təcrübəsinin təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etmək haqqında fikirlər səslənib və cari məsələlər müzakirə edilib.

Eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin yekun ekspertizanın nəticələri Müşahidə Şurasına təqdim edilib.

İclasda daxil olan layihələrin və ekspert rəylərinin bir daha təhlil olunması və yaxın günlərdə nəticələrin açıqlanması qərara alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər