star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycanda məskunlaşan miqrantların inteqrasiyasının aktual məsələləri müzakirə edilib

Azərbaycanda məskunlaşan miqrantların inteqrasiyasının aktual məsələləri müzakirə edilibDövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya Baş İdarəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib.

Tədbirdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ölkə ərazisində müvəqqəti və daimi əsaslarla yaşayan miqrantlar, həmçinin qaçqın və sığınacaq axtaran şəxs statusunda olan əcnəbilər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov müzakirəyə çıxarılan mövzunun əhəmiyyəti, həmçinin əcnəbilərin inteqrasiyası və bu sahədə onları maraqlandıran məsələlər barədə danışıb. Ölkə ərazisində məskunlaşan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının aktual aspektlərinə toxunan sədr icra olunan layihənin məqsəd və vəzifələri haqqında məlumat verib, bu sahədə həm dövlət, həm də vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən fəaliyyətlərə nəzər salıb.

Azərbaycanla həmsərhəd olan dövlətlərin miqrant qruplarını təmsil edən Sahand Salmani (İran), Telman Məmmədov (Rusiya), Əli Vəkili Razlighi (İran), Məsumə Şokruzadə (İran), Fesih Alioğlu (Türkiyə), Firudin İbrahimi (Azərbaycan), Mühterem Öz (Türkiyə), Əli Şokri (İran), Elmar Həsənov (Gürcüstan) və digərləri ölkə ərazisində yaşayan miqrantların yerli cəmiyyətə inteqrasiyada maraqlı olduqlarını bildirib, lakin bu yolda üzləşdikləri bəzi çətinliklər barədə məlumat veriblər. Şəxsi təcrübələrinə istinad edən tədbir iştirakçıları çıxışlarında xüsusilə olaraq daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığın əldə edilməsi, əcnəbilər üçün sahibkarlıq imkanlarının artırılması, bu kateqoriyadan olan şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması və digər sosial əhəmiyyətli məsələlərə toxunub, əcnəbilərin inteqrasiyasına müsbət təsir göstərən amillərə dair faydalı təkliflərlə çıxıb ediblər.
İştirakçılar tərəfindən qaldırılan suallar Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev tərəfindən aidiyyəti üzrə cavablandırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər