star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

ADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıb

ADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbAzərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin 1993-cü il məzunları 29 il sonra tələbə yoldaşları Azərbaycanın Milli Qəhrəmanı şəhid İxtiyar Qasımovun xatirəsini anıblar.

Əvvəlcə tədbir iştirakçıları İxtiyar Qasımovun şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərin və İxtiyar Qasımovun əziz xatirəsini ehtiramla yad ediblər.

Aqronomluq fakültəsində davam edən tədbirin ikinci hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbir iştirakçıları üçün tələbələrin hazırladığı vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib, milli rəqslər nümayiş olunub.

Tədbirdə ADAU-nun elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, şəhid İxtiyar Qasımovun ailə üzvləri, müəllim və tələbələr həmçinin, Universitetin Aqronomluq fakültəsinin 1993-cü il məzunları iştirak ediblər.

İxtiyar Qasımovun tələbə yoldaşı Sahib Məmmədov 29 ildən sonra ADAU-nun 60-a dək məzununun bir araya gələrək tələbə yoldaşlarının xatirəsini yad etməyi özlərinə borc bildiyini deyib: “Hamımız bu gün Gəncəyə doğma universitetimizə gələrək Milli Qəhrəman İxtiyar Qasımovun xatirəsini andıq. Bu işi onun tələbə yoldaşları olaraq özümüzə borc bildik. Həm də Aqrar Universiteti belə müasir, dünya universitetləri ilə rəqabət aparacaq səviyyədə görmək bizi çox qürurlandırdı”.

Şəhidin qardaşı Cəmil Qasımov tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət dilədiyini deyib: “İxtiyar 1990-cı ildə könüllü olaraq Ağdam rayonunun özünü müdafiə batalyonuna daxil olub. Ağdam və Ağdərənin əksər kəndlərinə gedən qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci il iyunun 14-də tək özü düşmənlə döyüşərək düşmənin 17 nəfər ermənini məhv edərək qəhrəmancasına şəhid olub”.

“Aqronomluq fakültəsinin tələbəsi olan İxtiyar Qasımov intizamlı, əlaçı və gözəl idmançı olmaqla bərabər o vaxtı universitetin bütün professor-müəllim heyətinin və tələbə kollektivinin böyük hörmətini qazanmışdır. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır,”- İxtiyarın müəllimi olan ADAU-nun professoru Firudin Qurbanov onun haqqında xatirələrini danışarkən deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 9 dekabr 1992-ci ildə Qasımov İxtiyar Qasım oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

Onun təhsil aldığı Ağdam rayonunun Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdam şəhərlərində bir küçə onun adını daşıyır.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər