Sizin Reklam Burada

VERİLƏN SƏRƏNCAMIN 30 İLLİK YUBİLEYİ

VERİLƏN  SƏRƏNCAMIN  30  İLLİK  YUBİLEYİÇox hörmətli Yaqub müəllim!

Siz elə bir xalqın, millətin övladısınız ki, o millət və xalq məğlubiyyət nədir bilməyib. O, ancaq qurub yaradıb, yıxılana əl uzadıb, dayaq olub.

Siz elə bir xalqın, millətin övladısınız ki, o millət və xalqın içindən 428 nəfər sərkərdə çıxıb. Düşmənin dizlərini sındırıb, onu nəfəs çəkməyə qoymayıb. Siz elə bir xalqın, millətin övladısınız ki, damarlarınızdakı qandan qüvvət alırsınız.

Siz elə bir kəndin, soyun çörəyini yemisiniz ki, bu kənd, oba I Qarabağ müharibəsində erməni vandallarından Başkəndi azad etdi.

Siz elə bir övladların atasısınız ki, o övladlar, Sizin adınıza layiq, elmi ictimaiyyətdə öz yerlərini təsdiq ediblər.

Siz elə bir atanın, ananın övladısınız ki, onlar kənddə öz zəhmətkeşliyi, sadəliyi ilə hörmət qazanıblar. Siz uzun illər böyük elm ocağının rəhbəri olaraq yüzlərlə tələbənin ürəyində öz əxlaqınızla, səmimiyətinizlə, mehribanlığınızla, saflığınızla dərin iz buraxmısınız. Hətta bu tələbələr illər keçədən sonra peşəkar həkim kimi fəaliyyət göstərərkən, yenə də Sizi xoş sözlərlə xatırlayırlar. Siz rektor və ən əsası insani davranışınızla onlar üçün həyat mayakı olubsuznuz.

Siz elə bir alimsiniz ki, müştərək rəhbərliyinizlə AMEA-nm Polimer Materialları İnstitutunun əməkdaşları tərəfindən təqdim edilmiş 40-a yaxın bioloji fəal maddənin qan və limfa sisteminə təsiri öyrənilmiş və müvafiq şəhadətnamələr alınmışdır. Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyünüz pedaqoji və elmi fəaliyyətinizin nə dərəcədə geniş arealı əhatə etməsindən xəbər verir. Sizə 2007-ci ildə Beynəlxalq Sülh Federasiyası və Dinlər- arası, Millətlərarası Ümumdünya Sülh Təşkilatı tərəfindən “Sülhməramlı səfir” adı verilməsi elmi gücünüzün və insanpərvərliyinizin beynəlxalq təsdiqidir.

Siz Vətənin, torpağın çörəyini düz kəsmisiniz. Çox çətin dönəmlərdə, dövlət müstəqilliyimzin ilk illərində Azərbaycan Respublikası Ali Sovetinin deputatı və sədri vəzifəsini, eləcə də Respublika Prezidentinin səlahiyyətlərini icra etmisiniz. Elə bizm bizim də ilk görüşümüz və tanışlığımız həmin zamana təsadüf edir. Belə ki, mən 1992-ci illdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Bir gün Siz Prezident səlahiyyətlərini yerinə yetirən bir şəxs kimi Cəlilabad rayonuna təşrif buyurmuşdunuz və mənə bütün rayon rəhbərlərini görüşmək üçün dəvət olunmalarına tapşırıq verdiniz.

Görüşdə mən rayonun ümumi problemləri barədə geniş məruzə etdim. Siz problemlərin həlli yollarını göstərməklə, ölkəni ağır durumdan çıxarmaq üçün bütün ölkəni səfərbər etmək üçün tapşırıqlar verdiniz. Siz getdiniz. Axşam saatlarında TV-də rəsmi xəbərlərdə mənim Cəlilabad rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunmağım barədə sərəncam imzalandığını eşitdim. Düzü, bu mənə çox pis təsir etdi. Bu günə kimi də mənə məlum deyil ki, hansı səbəbdən mən vəzifədən azad edildim. Yəqin çox hörmətli Yaqub Məmmədovun hansısa arqumentləri olub.

Mən hesab edirəm ki, bu, keçmişdə qaldı. Onu da qeyd edim ki, verilmiş sərəncamın 30 illik yubileyidir.

Çox hörmətli Yaqub müəllim.

Bu 30 ildə ictimai, elmi fəaliyyətim dövründə görüşdüyüm alimlər, ictimai xadimlər və ən əsası sadə insanlarla görüşlərimdə, demək olar ki, Sizin haqqnızda heç bir mənfi söz eşitmədim. Söhbət əsnasında Sizin haqqnızda deyilən sözlər bunlardır. SƏMİMİ, MƏRD, SADƏ VƏ ƏZƏMƏTLİ İNSANDIR. Məni təəccübləndirən bilirsiniz nədir? Uzun illər yüksək postlar tutan, son illər heç bir vəzifə sahibi olmayan Yaqub Məmmədova bu rəğbət haradan qaynaqlanır? Başqa cürə ola bilməzdi. Çünki siz elimizin, obanızın saf suyunu işmisiniz.

Hörmətlə,
Professor
Rövşən Novruzoğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər