Sizin Reklam Burada

İntim videosu yayılan müəllim dərsə buraxılmır - ÖZƏL

İntim videosu yayılan müəllim dərsə buraxılmır - ÖZƏLTələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov dərslərə buraxılmır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müəllimlə bağlı ittihamlar öz təsdiqini taparsa, ona qarşı ağır cəza tətbiq olunacaq:

“Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görüləcək. Müəllim özü də açıqlama verdi ki, ondan müəyyən məbləğdə pul istənilib və ödəmədiyi üçün video yayımlanıb. Gözləmə mövqeyindəyik, fakt təsdiqini taparsa, ən ağır şəkildə cəzalandırılacaq. Videodakı şəxslər universitetin tələbləri olmayıb. Bundan öncə də bir neçə nəfərin oxşar videoları yayılıb".

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb.

Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər